• Bakı 16° C

    2.11 m/s

Saakaşvili psixoloq və psixiatrın köməyinə ehtiyac duyur

DÜNYA

22 Noyabr 2021 | 09:50

Saakaşvili psixoloq və psixiatrın köməyinə ehtiyac duyur

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin müalicəsi prosesində psixoloq və psixiatrın köməyi də tələb olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.

Həkim, həmçinin Saakaşvilinin vəziyyətinin qiymətləndirilməsi üçün xaricdən mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıb.

Kipşidze əlavə edib ki, aclıq aksiyasından sonra bərpa olunma prosesinin birinci günü normal keçib.

Qeyd edək ki, Saakaşvili noyabrın 20-si gecə həbsxana klinikasından Qori hərbi hospitalına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub. Hazırda o, reanimasiya şöbəsindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026