• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Saakaşvili ilə yazışırıq” - Zelenski

DÜNYA

21 Dekabr 2021 | 23:53

“Saakaşvili ilə yazışırıq” - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə yazışdığını deyib.

Bakıvaxtı.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib: 

“Açığı, mən ondan məktublar alıram. O da məndən məlumat alır. Cənab Saakaşvili ilə bağlı Gürcüstan dövlətinin rəhbərliyi ilə danışmışam”. 

Zelenskinin sözlərinə görə, gürcü prezidentlə Saakaşvilinin anasının həbsxanaya buraxılması və oğlu ilə görüşməsi üçün danışıqlar aparıb:

“Mən zəng vurub bu barədə xahiş etdim. Səmimi deyirəm. Bizə etiraz etmədilər. Mən istədim ki, həkimlərimiz prosesə cəlb olunsun. Hələlik bununla bağlı ləngimə var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026