• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu şəhərdə Yeni il şənliyi ləğv edildi

DÜNYA

22 Dekabr 2021 | 00:30

Bu şəhərdə Yeni il şənliyi ləğv edildi

İngiltərədə koronavirsua yoluxmanın artması səbəbindən paytaxt Londonda Yeni il şənliyi ləğv edilib, teatrlarda tamaşalar dayandırılıb.

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə London meri Sadiq Xan məlumat verib.

O bildirib ki, “Omicron” ştamının yayılmasını yavaşlatmaq üçün əllərindən gələni etməyə qərarlıdırlar.

Xan Trafalqar Meydanında keçirilməsi planlaşdırılan tədbirin ləğv edildiyini deyib:

"Bu, bir çox londonlu üçün çox məyusedici olacaq, lakin virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atmalıyıq".

Mer bunun əvəzinə Yeni ilin gəlişinin canlı yayımla qeyd olunacağını vurğulayıb.

Qeyd edək ki, bu il Temza çayında ənənəvi atəşfəşanlığı əvəz edən Trafalqar meydanında ilk dəfə biletli bayram tədbiri planlaşdırılırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR