• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyədə iki avtobus aşıb, 35 yaralı var

DÜNYA

22 Dekabr 2021 | 00:07 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə iki avtobus aşıb, 35 yaralı var

Türkiyənin Bitlis şəhərinin Tatvan rayonunda iki avtobus aşıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Hadisə Tatvan-Van yolunun Yelkənli mövqeyində əlverişsiz hava şəraiti səbəbindən baş verib.

İlkin məlumata görə, qəzalarda 35 sərnişin xəsarət alıb. Qəza yerinə gedən tibbi heyət əksəriyyəti yüngül xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərib. Yaralılar daha sonra Tatvan və Bitlis Dövlət Xəstəxanalarına aparılıb.

Qeyd edək ki, Bitlisin mərkəz və rayonlarında iki gündür davam edən qar çovğun və tufana çevrilib./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026