• Bakı 15° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Rusiyada "omikron"a yoluxma artır

DÜNYA

21 Dekabr 2021 | 23:21 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada "omikron"a yoluxma artır

Azərbaycanının şimal qonşusu Rusiyada 41 nəfərin koronavirusun yeni “Omikron” ştamına yoluxması rəsmi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COVID-19 ilə mübarizə üzrə əlaqələndirmə şurasının iclasında “Rospotrebnadzor”un sədri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiyada “Omikron” ştamına yoluxan xəstələrin əksəriyyətində koronavirusa qarşı immunitet var.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb./medicina.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026