• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ATƏT sədri koronavirusa yoluxdu

DÜNYA

20 Yanvar 2022 | 18:14 | Müəllif: Qalib İbrahimoğlu

ATƏT sədri koronavirusa yoluxdu

ATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau koronavirusa yoluxub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukas Yasina özünün “Twitter” hesabından paylaşım edib.

Qeyd olunub ki, Zbiqnev Rau İspaniya və Maltaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

Nazir bir müddət təcrid vəziyyətində olacaq, öz vəzifələrini isə belə bir vəziyyət üçün nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq yerinə yetirəcək.

“Rau özünü yaxşı hiss edir və mövcud qaydalara uyğun olaraq təcrid olunur”, - deyə məlumatda bildirilir.

Xəbərdə o da qeyd olunub ki, XİN başçısı koronavirusa qarşı üç dəfə peyvənd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026