ETSN Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s, yanvarın 3-də isə şimal-qərb küləyinin 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da yanvarın 2-də bəzi rayonlarda cənub-qərb küləyinin yanvarın 3-ü şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Aytac Aslan















