• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Sabirabadın 7 kəndində qaz kəsiləcək

CƏMİYYƏT

20 May 2025 | 17:08

Sabirabadın 7 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Azadakənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250200160110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.


SON XƏBƏRLƏR