• Bakı 16° C

    2.11 m/s

Sarıbabaya baxış keçirildi - FOTOLAR

CƏMİYYƏT

23 Noyabr 2022 | 17:12

Sarıbabaya baxış keçirildi - FOTOLAR

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar.

Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.


Sarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLARSarıbabaya baxış keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026