• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yanvardan ictimai işlər portalının tətbiqi gözlənilir

CƏMİYYƏT

23 Dekabr 2022 | 15:20 | Müəllif: Qalib İbrahimoğlu

Yanvardan ictimai işlər portalının tətbiqi gözlənilir

“Gələn ilin yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq tətbiq üzərində işlər yekunlaşıb.

Qeyd edək ki, ictimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulub. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq. Portalın hazırlanmasında əsas məqsəd, müasir tələblərə uyğun olaraq, müvafiq qurumlarla sürətli kommunikasiya və rəqəmsal idarəetmə sistemini qurulmaqla, ictimai işlərin təşkilində şəffaflığı təmin etməkdir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026