• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakı-Quba yolunun təmirdən sonra bir hissəsinin açılışı oldu - YENİLƏNİB

CƏMİYYƏT

23 Dekabr 2022 | 15:48 | Müəllif: Qalib İbrahimoğlu

Bakı-Quba yolunun təmirdən sonra bir hissəsinin açılışı oldu - YENİLƏNİB

Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olub. 

Bakıvaxtı.az xəbər verir ki, açılışı mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, onun I müavini Əvəz Qocayev, Qura Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib. 

 

***

"Bu gün Bakı-Quba yolunun təmirdən sonra açılışı olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vahid Əhmədov səsləndirib.

Deputat qeyd edib ki, ferval ayından bəri Bakı-Quba yolunda təmir-bərpa işləri görülüb: "AAYDA-nın səkkiz briqadası yolun vaxtında təhvil verilməsi üçün gecə-gündüz çalışırdı. Lakin müəyyən səbəblərdən yolun təmiri əvvəlcədən qeyd olunuduğu kimi, noyabrda başa çatdırıla bilmədi. İndi isə sevinc hissi ilə bildirmək istəyirəm ki, bu gün saat ikidə Bakı-Quba yolununun təmirdən sonra açılışı olacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR