“Bu xəstəlik kəskin respirator virus infeksiyalarından biridir”.
Bunu Bakıvaxtı.az-a infeksionist Mərdan Əliyev son günlər əhalinin quru öskürəkdən əziyyət çəkməsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu virus infeksiyaları 200-ə qədər virus törədir: “Bunu hər dəfə bir virus törədir. Bunların içində ən ağır gedən qripdir. Qrip qızdırma və güclü halsızlıq əlamətləri ilə müşahidə edilir. Digər viruslar isə daha yüngül gedişli xəstəliyə səbəb olur”.
İnfeksionist bildirib ki, bunun hansı virus olduğunu bilmək üçün analiz etmək lazımdır. M.Əliyev qeyd edib ki, dövlət klinikalarımızda bu analizi etmək üçün şərait yoxdur, ona görə də, hansı virus olduğunu müəyyən etmək olmur, sadəcə təxmin etmək olar: “Bu, Adenavirus və ya koronavirusun əvvəlki formalarından biri ola bilər”.
Mərdan Əliyevin sözlərinə görə, bu virus yuxarı tənəffüs yolları xəstəliklərini törədir: “Xəstəlik sağalandan sonra uzunmüddətli faringit əlamətləri qalır. Bu da boğaz ağrısı simptomu ilə olur, uzunmüddətli öskürək də müşahidə edilə bilər”.
Aytac Aslan
















