• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı

CƏMİYYƏT

06 Fevral 2023 | 16:41

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı

"Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin ilkin mərhələsi fevralın 5-də başa çatıb"

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

O bildirib ki, siyahıların dəqiqləşdirilməsi prosesi adətən bir neçə mərhələdən ibarət olur: “Artıq ilkin mərhələ başa çatıb. Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları hər bir məntəqə üzrə seçici siyahılarını dəqiqləşdirərək Dairə Seçki Komissiyalarına təqdim etməlidir.

MSK-nin bu işlərə indiki mərhələdə müdaxiləsi nəzərdə tutulmur. Lakin istənilən halda məsələ ilə bağlı müvafiq şöbələrə göstərişlər vermişəm ki, yerlərlə əlaqə saxlasınlar. Naxçıvanda da proseslər davam edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR