• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Şəhid Ələkbər Babayev dəfn edilib - YENİLƏNİB

CƏMİYYƏT

01 Noyabr 2024 | 12:18

Şəhid Ələkbər Babayev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun meyitinin qalıqları dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Maştağa qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

11:23

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlu ilə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimi şəhidin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən evində baş tutub.

Vida mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1992-ci il noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Babayev Ələkbərin meyitinin qalıqları Tərtər şəhər məzarlığında aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026