• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Şəhid Turan Məhərrəmov Zaqatalada dəfn edilib

CƏMİYYƏT

15 Sentyabr 2022 | 19:05 | Müəllif: Subhan Mahmudov

Şəhid Turan Məhərrəmov Zaqatalada dəfn edilib

Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Qımır kəndində doğulub boya-başa çatan Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Turan Tural oğlu Məhərrəmov doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov sentyabrın 13-də düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. T.Məhərrəmov nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026