• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhriyar Əliyev hakimi təhqir etdiyi üçün 3200 manat ödəyəcək

İDMAN

26 Avqust 2021 | 13:54 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Əliyev hakimi təhqir etdiyi üçün 3200 manat ödəyəcək

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Komitənin qərarına əsasən, avqustun 21-də Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. 

Həmçinin, həmin oyunda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 41.3)

Avqustun 22-də Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026