• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

İDMAN

28 Yanvar 2022 | 19:42 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 11-ci turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.

Qeyd edək ki, turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026