• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəkidə azyaşlılar qidadan zəhərləndi

CƏMİYYƏT

05 Iyul 2021 | 11:28

Şəkidə azyaşlılar qidadan zəhərləndi

Şəkidə üç azyaşlı qidadan zəhərlənib. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gecə Şəkinin Şirinbulaq kəndində qeydə alınıb.

Belə ki, Şirinbulaq kənd sakinləri olan üç qardaş; 2009-cü il təvəllüdlü Əhmədov Nəriman Ruslan oğlu, 2013-cü il təvəllüdlü Əhmədov Mütəllib Ruslan oğlu və 2014-cü il təvəllüdlü Əhmədov Süleyman Ruslan oğlu zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Həkim müayinəsi zamanı qardaşların yaşadıqları ünvanda qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi məlum olub. Xəstəxanada ilkin müayinə və yardımlardan sonra onların vəziyyəti yaxşılaşıb və evə buraxılıblar. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026