• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sel Quba-Xudat yolunda hərəkəti çətinləşdirib

HADİSƏ

26 Iyul 2024 | 15:56

Sel Quba-Xudat yolunda hərəkəti çətinləşdirib

Şimal bölgəsində müşahidə olunan qeyri-sabit, yağıntılı hava çaylara sel gəlməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Qusarçaya gələn sel Quba-Xudat yolunda təmirə bağlanan körpünün ətrafındakı alternativ yolu yuyub. Çayda su çox olduğundan nəqliyyat vasitələrinin həmin ərazidən hərəkəti mümkünsüz olub. Hazırda avtomobillər ətraf kəndlərin ərazisindən keçməklə hərəkət edirlər.

    Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov APA-ya bildirib ki, hazırda çayda su çox olduğundan körpünün və alternativ yolun bərpası mümkün deyil. Su azaldıqdan sonra alternativ yol bərpa ediləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026