• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Səməd Seyidov AŞPA-nın iclasına gedir

SİYASƏT

11 Dekabr 2021 | 16:08 | Müəllif: Subhan Mahmudov

Səməd Seyidov AŞPA-nın iclasına gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a daxil olan məlumata görə, AŞPA-nın Monitorinq komitəsində qurumun monitorinq proseduruna dair, bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək. Səfər dekabrın 15-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026