• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Sərkisyanın xaç oğluna 9 il iş verdilər

DÜNYA

30 Iyun 2022 | 22:27

Sərkisyanın xaç oğluna 9 il iş verdilər

Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyan (Alraxaçi Levik) 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərarı İrəvan məhkəməsi qəbul edib.

Məhkəmə Sərkisyanı 2008-ci ilin oktyabrında Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyanın malikanəsinə quldurluq hücumunu təşkil etməkdə təqsirli bilib. Sərkisyanın kürəkəni Suren Kazaryan isə 8 il həbs cəzası alıb.

Xatırladaq ki, Levon Sərkisyan uzun müddət axtarışda idi. 2019-cu ilin noyabrında Rusiyada saxlanılıb, 2020-ci ilin avqustunda isə Ermənistana ekstradisiya edilib.

Qeyd edək ki, Levon Sərkisyan eks-prezident Serj Sərkisyanın xaç oğludur.


SON XƏBƏRLƏR

30 Iyun 2025