• Bakı 22° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Sərvər Bəşirliyə avtomobil hədiyyə edən iş adamı DANIŞDI

CƏMİYYƏT

04 Mart 2023 | 17:48

Sərvər Bəşirliyə avtomobil hədiyyə edən iş adamı DANIŞDI

Türkiyəli iş adamı Sebahettin Civelek Türkiyəyə zəlzələdən zərərçəkənlərə göndərmək üçün köhnə maşınına yüklədiyi əşyalarla fotosu çəkilən və sosial mediada paylaşıldıqdan sonra çoxlarının rəğbətini qazanan Sərvər Bəşirlinin bu xeyirxah əməlindən təsirləndiyi üçün avtomobil hədiyyə edib və onun evinin tikintisinə dəstək olub.

Bakıvaxtı.az xəbər verir ki, Civelek azərbaycanlıların Türkiyəyə yardım etmək üçün göstərdiyi səyləri izlədiyini ifadə edərək deyib:

“Sərvərin evində yorğan, döşək, nimdər və nə varsa maşınına yükləyərək yardım mərkəzinə gedərkən çəkilən o şəklini görəndə nitqim tutuldu, çox təsirləndim. Bu necə bir ürəkdir, necə bir ruh halıdır? İllərlə bir-birindən uzaq tutulmağa çalışılan qardaşların heç bir maneə olmadan bir-birinə köməyə gəldiyini gördük. O bir simvoldur. Əslində Sərvər Bəşirlinin simasında Azərbaycanın türk xalqına uzatdığı əli gördük. Mən də bu qardaşıma təşəkkür olaraq bir avtomobil hədiyyə etməliyəm”.

Sərvərin əvvəlcə hədiyyəni qəbul etmədiyini, ancaq alması üçün çox israr etdiklərini qeyd edən Civelek, “Onu görmək üçün Bakıya gəldim. İllərdir bir-birini görməyən iki qardaşın görüşdüyü kimi bir-birimizə sarıldıq, çox duyğulu anlar yaşadıq. Evini də inşallah inşa edəcəyik.

O köhnə maşın könlümüzdə taxt qurdu. O maşın millətimiz arasındakı dostluğun rəmzi kimi qorunub saxlanmalıdır. Onun daşıdığı mənalar bir cild kitab olacaq”, - deyə bildirib. /Oxu.az
 


Sərvər Bəşirliyə avtomobil hədiyyə edən iş adamı DANIŞDISərvər Bəşirliyə avtomobil hədiyyə edən iş adamı DANIŞDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026