• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

03 Aprel 2023 | 16:29

Zakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.

Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Bayraktar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sonda müdafiə naziri S.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.


Zakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLARZakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLARZakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLARZakir Həsənov Selçuk Bayraktar ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR