Bakıda 28 yaşlı oğlan itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 28 yaşlı Təvəkkül Yusif oğlu Əliyev aprelin 29-da yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam edir. /Lent.az
















