• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Astaradakı qətllə bağlı  cinayət işi açıldı - YENİLƏNİB

CƏMİYYƏT

03 May 2023 | 15:59

Astaradakı qətllə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

15:51

Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.

Bakıvaxtı.az xəbər verir ki, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.

Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

12:57

Astarada itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Dirya kənd sakini Eynəli Cəlal oğlu Əzizovun meyiti Şümrüd kəndinin ərazisində aşkarlanıb

Onun üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

12:39

Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /APA

 

12:02

Astarada 54 yaşlı kişi itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları polisə müraciət ediblər.

Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. /Report


Astaradakı qətllə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026