• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Sirkdə panter uşağa hücum etdi: Vəziyyəti orta ağırdır

DÜNYA

29 Oktyabr 2024 | 17:54 | Müəllif: Gülşən Şərif

Sirkdə panter uşağa hücum etdi: Vəziyyəti orta ağırdır

Rusiyada oğlunu sirkə aparan atan faciəvi hadisə yaşayıb.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sirkdə  qəfəsin qapısının açılması nəticəsində panter uşağa hücum edib. 

Hücuma məruz qalan 3 yaşlı uşaq üzündən, başından, kürəyindən, qollarından və ayaqlarından xəsarətlər alıb.

Hazırda uşağın vəziyyəti orta ağır qiymətləndirilir. 

Hadisə ilə bağlı təhlükəsizlik tələblərinə cavab verməyən uşaqlar üçün nəzərdə tutulmuş xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026