İstanbulda keçirilən əməliyyatlar zamanı 3 milyon 600 min avro saxta pul ələ keçirilib və 1 şübhəli saxlanılıb.
Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, əməliyyatlar İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları və İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyalı əməkdaşlığı çərçivəsində baş tutub.
Polis qrupları sosial media platformalarında və bazarda saxta valyutanın dövriyyəyə buraxılması ilə bağlı xəbərlər istiqamətində aparılan əməliyyatlar nəticəsində 3 milyon 600 min avro saxta pul, bənövşəyi işıqlar, çap maşınları, xüsusi və dövlət qurumlarına aid bankların emblemləri olan çeklər ələ keçiriblər.
Əməliyyat çərçivəsində bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Gülşən Şərif