Rusiyanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, buna səbəb Almaniya ARD telekanalının jurnalistlərinin Rusiya ərazisindən çıxarılmasıdır.
"ARD əməkdaşlarının çıxarılması qəbuledilməzdir və əsaslandırma sadəcə uydurmadır. Biz bunu tamamilə pisləyirik. Bu səbəbdən bu gün Rusiya səfirini çağırdıq", - o qeyd edib.