• Bakı C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

AP Gürcüstan əleyhinə qətnamə qəbul etdi - YENİLƏNİB

DÜNYA

28 Noyabr 2024 | 16:23

AP Gürcüstan əleyhinə qətnamə qəbul etdi - YENİLƏNİB

Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qətnamədə Gürcüstanla sadələşdirilmiş viza rejiminin yenidən nəzərdən keçirilməsi, həmçinin Gürcüstan hökuməti və parlamenti ilə rəsmi səviyyədə əlaqələrin məhdudlaşdırılması çağırışı edilib.

    Bundan başqa, sənəddə Aİ Şurası, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və Ali nümayəndə Cozep Borellə Aİ-nin Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışı edilib.

    Qətnamədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin humanitar əsaslarla dərhal azad edilməsi çağırışı bir daha təkrarlanıb.

    Avropalı parlamentarilər Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Macarıstanın baş naziri Viktor Orbanın Tbilisiyə səfərini də pisləyiblər.

    Qətnaməni 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə səs verib, 82 deputat isə bitərəf qalıb.

    ***

    13:22

    Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Birlik-Milli Hərəkat” müxalifət koalisiyasının lideri Tina Bokuçava bildirib.

    Onun sözlərinə görə, qətnamədə Gürcüstanda təkrar parlament seçkilərinin keçirilməsinin vacibliyinin vurğulanacaq. Bokuçava qətnamədə, həmçinin Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması çağırışının yer alacağını qeyd edib.


    SON XƏBƏRLƏR