Son iki həftə ərzində Kubada altı yüksək rütbəli hərbçi ölüb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizənin iştirakçılarından biri olan Xilberto Antonio Kardero vəfat edib.
Hərbiçinin cəsədinin yandırılıb. Ölüm səbəbi barədə məlumat verilmir. Kardero 1957 -ci ildə inqilabi qüvvələrə qoşularaq Raul Kastronun rəhbərliyi altında döyüşüb.
İyulun 18 -dən etibarən daha beş hərbiçinin öldüyü rəsmi kanallar vasitəsilə bildirilib: Kuba ordusunun şərq bölməsinin rəhbərləri olan general -mayor Augustin Pen, Briqada generalı Marselo Verdesi Perdomo, Kuba Parlamentinin deputatı Ruben Martines Puente, Ernesto Çe Qevaranın komandlığı altında döyüşən briqada general-mayor Manuel Eduard Lastres və inqilabi "26 İyul Hərəkatı"nın qurucularından briqada generalı Armando Çoya Rodrigesdir.