Azərbaycanda son gündə koronavirus əleyhinə 2 195 vaksin vurulub.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 368-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 820 206 təşkil edir.

















