• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Soydaşlarımızdan erməni təxribatına etiraz

CƏMİYYƏT

16 Sentyabr 2022 | 03:30 | Müəllif: Subhan Mahmudov

Soydaşlarımızdan erməni təxribatına etiraz

Norveçdə yaşayan Azərbaycan icması Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bu ölkənin rəsmi qurumlarına, səfirliklərə və yerli KİV-lərə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildiriblər ki, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Fariz Rzayevin imzaladıqları bəyanat Norveç parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İşlər Nazirliyinə, ABŞ, Fransa və Rusiyanın Norveçdəki səfirliklərinə, “Aftenposten” və “V.G” qəzetlərinə ünvanlanıb.

Finlandiyada fəaliyyət göstərən Azərbaycan icması da Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi genişmiqyaslı təxribata etirazını bildirib.

Azər-Türk Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın imzası ilə yayılan bəyanatda təcavüzkar siyasəti ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğuna, hərbi infrastruktura zərər vurulmasına, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin həyatının təhlükə qarşısında olmasına diqqət cəlb edilib.

İsveç–Azərbaycan Assosiasiyası ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) və Avropa Evinə müraciət edib.

İsveç–Azərbaycan Assosiasiyasının rəhbəri Nadir Hollenbrandın imzası ilə AŞPA deputatlarına və Avropa Evi nümayəndələrinə ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri sonuncu hərbi təxribat barədə ətraflı məlumat verilib.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026