• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülhməramlılara aid maşın Laçın yolundan maneəsiz keçib

CƏMİYYƏT

20 Yanvar 2023 | 22:23 | Müəllif: Subhan Mahmudov

Sülhməramlılara aid maşın Laçın yolundan maneəsiz keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, avtomobil Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidi üçün şərait yaradıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026