• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda iki nəfər BIÇAQLANDI

HADİSƏ

22 Iyul 2022 | 10:34

Sumqayıtda iki nəfər BIÇAQLANDI

Sumqayıtda iki nəfəri bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə iyulun 20-də Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla münaqişə zəminində onlara bıçaqla xəsarət yetirən şəxsin “Ford” markalı avtomobillə hadisə yerini tərk etməsi məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026