• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Mardində dəhşətli qəza: ölənlərin sayı 20-yə çatdı - YENİLƏNİB

HADİSƏ

21 Avqust 2022 | 09:51 | Müəllif: Subhan Mahmudov

Mardində dəhşətli qəza: ölənlərin sayı 20-yə çatdı - YENİLƏNİB

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 20-yə yüksəlib. Yaralı polis əməkdaşı dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardinin Derik rayonunda zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.

Yaralılardan 26-sının müalicəsi davam edir.


***00:55

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki,  xəsarət alan 26 nəfərdən 6-sınin vəziyyəti ağırdır.

***

20 avqust, 22:32

Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında bildirib.

O qeyd edib ki, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

***

22:08

Türkiyənin Mardin vilayətində zəncirvari avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında olub

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026