• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kamran telefonu şarja taxanda ev partlayıbmış...

HADİSƏ

20 Sentyabr 2022 | 09:09

Kamran telefonu şarja taxanda ev partlayıbmış...

Masallının Mollahəsənli kəndində bir mərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan Cəfərov Kamran Həsən oğlu ötən axşam Bakıda 5 nömrəli Şəhər Klinik Xəstəxanasında vəfat edib.

Bakıvaxtı.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən hadisə sentyabrın 17-də Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində baş verib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Belə ki, gecə evdə qaz sızması olub. 23 yaşlı Kamran səhər yuxudan oyanan zaman telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.

Qeyd edək ki, anası Dünyaxanım Cəfərova ilə yaşayan Kamran evin tək övladı olub və nişanlı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026