• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

HADİSƏ

20 Sentyabr 2022 | 09:33

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. /Trend


Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026