• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Şəkidə də yanğın BAŞLADI

HADİSƏ

20 Avqust 2022 | 16:24 | Müəllif: Subhan Mahmudov

Şəkidə də yanğın BAŞLADI

Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün günorta saat 13:00 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın üç hektar ərazini əhatə edir. Ərazidə kol-kos, xəzəl və xırda ağaclar yanır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Daha bir yanğın hadisəsi saat 15:00 radələrində rayonun Oxut kəndində sakinlərə məxsus əkin sahələrində qeydə alınıb. Burada yanğının bir hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR