Fövqəladə Hallar Nazirliyinin (FHN) iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, "112" qaynar telefon Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili ilə "КамАЗ" markalı yük avtomobili toqquşub, minik avtomobilində 2 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
11:08
Bakıda ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, bunlar "Toyota Prius" markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.
Hazırda araşdırma aparılır.
***
10:49
Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil ağır tonnajlı maşına çarpılıb. Nəticədə "Tayota Prius" markalı avtomobilin sürücüsü və sərnişini ölüb.
Faktla bağlı araşdırma aparılır.















