• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda vəkil iş başında VƏFAT ETDİ

HADİSƏ

19 Sentyabr 2022 | 15:00

Azərbaycanda vəkil iş başında VƏFAT ETDİ

Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib.

V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.

Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026