“Sumqayıt”ın üç legioner futbolçusu ölkələrinin milli komandalarının heyətinə dəvət alıb.
Bakıvaxtı.az xəbər verir ki, Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Erik Sorqa, İsa Suliman və Kasimir Ninqa müvafiq olaraq Estoniya, Pakistan və Çad yığmalarına çağırılıblar.
Qeyd edək ki, Estoniya oktyabrın 13-də AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək.
















