• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qalatasaray"ın baş məşqçisi 50 milyon maaş alacaq

İDMAN

02 Noyabr 2023 | 15:58 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray"ın baş məşqçisi 50 milyon maaş alacaq

"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.  

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb. 

Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib. 

Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub. 

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümdəcə komandaya Türkiyə çempionluğu qazandırıb. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24 mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb. /yenisabah.az-


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026