• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Şuşada Sadıqcanın yaşadığı ev bərpa ediləcək

CƏMİYYƏT

07 Sentyabr 2022 | 14:43

Şuşada Sadıqcanın yaşadığı ev bərpa ediləcək

Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncamla Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat vəsait ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026