"Nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı yeniliklər qüvvəyə minib. Mərkəzi Bankının sədri bir imzayla məsələni həll etdi".
Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, bu aydan etibarən sürücülər daha çox sığortapulu ödəyəcək. Ekspert deyib ki, sürücünün yaş həddi, sürücülük təcrübəsi, avtomobilin texniki vəziyyəti, neçə nəfərin idarə etməsi, harada sürülməsi nəzərə alınacaq.
E.Muradlı qeyd edib ki, maraqlıdır, sürücülərin ziyanına olan qərarı Mərkəzi Bankın sədri bir imzayla həll edir: “Amma sürücülərin xeyrinə olan iş üçün - yəni qəza zamanı sığorta ödənişinin 5 min manatdan daha artıq olması üçün qanun layihəsi hazırlanmalı, 125 deputat səs verməli, sonra isə Prezident təsdiq etməlidir. Söhbət sığortadan gedirsə bu yanaşma qeyri-bərabərdir. Zəhmət çəkib ödənişi də artırsınlar. Zaman bunu tələb edir”.
Nuranə Daxilqızı
















