• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Tac-Mahal bomba təhlükəsinə görə boşaldıldı

DÜNYA

04 Mart 2021 | 11:03

Tac-Mahal bomba təhlükəsinə görə boşaldıldı

Hindistan polisi dünyaca məşhur olan Tac-Mahal məqbərəsində partlayıcı yerləşdirilməsi xəbərlərinin ardından ziyarətçiləri evakuasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aqra şəhər polisinin nümayəndəsi “Twitter”də bildirib.

"4 mart 2021-ci il tarixində 8318881301 nömrəsindən Tac-Mahal yaxınlığında bir müddət sonra işə düşəcək bombanın qoyulduğu barədə məlumat alındı. Hindistan Mərkəzi Silahlı Polis Qüvvələri və Aqra polisi partlayıcı maddə axtarmağa başlayıb, hadisə yerinə bombanı məhv edən qrup da çağrılıb", - məlumatda bildirilir.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026