• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tanınmış jurnalist intiharının qarşısı alındı - YENİLƏNİB

CƏMİYYƏT

06 Iyun 2023 | 10:20

Tanınmış jurnalist intiharının qarşısı alındı - YENİLƏNİB

Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini elan edib.

 

10:08

Tanınmış jurnalist Ceyhun Rzayev Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında marketin yaxınlığında intihar edəcəyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.

 

09:52

Bir müddət əvvəl evindən çıxarılacağını iddia edən telejurnalist, idman aparıcısı Ceyhun Rzayev intihar edəcəyini yazıb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı bununla bağlı feysbukda paylaşım edib. 

"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa, üzr istəyirəm. Haqqınızı halal edin. Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər" deyə, o, paylaşımında yazıb.

Ceyhun intihar edəcəyi ünvanı yazaraq "Ünvan - Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında marketin yaxınlığı. Xahiş edirəm, mənə yazmayın və zəng etməyi" sözlərini əlavə edib.

Qeyd edək ki, Ceyhun açıqlamasında atasının ona məxsus olan 30 kv-lıq evi əlindən aldığını, ailəsi ilə küçədə qalacağını bildirib. O qeyd edib ki, hakim qərar verərək, onu mənzildə qeydiyyatda saxlasa da, xanımına icazə verilmədiyni vurğulayıb. "Əfsuslar olsun ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni faktiki bizim iradəmiz xaricində bizi boşayırlar" deyə, aparıcı söyləyib.

 


Tanınmış jurnalist intiharının qarşısı alındı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026