• Bakı 23° C

    2.67 m/s

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

CƏMİYYƏT

11 Avqust 2022 | 12:38 | Müəllif: Qalib İbrahimoğlu

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə. hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.

Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.


Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirTankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirTankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirTankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026