Mumiyaları Almaniya və İsveçrədəki muzeylərdə olan Çili və Perudan olan iki kişi min il əvvəl öldürülmüş halda tapılıb. Alimlər müəyyən ediblər ki, kişilərdən biri başından vurulandan və bıçaqlanandan sonra, digəri isə onurğa sütununun yerindən çıxması nəticəsində dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın müəllifi Dr. Andreas Nerlich "Əgər bu insan qalıqları sadəcə skelet olsaydı, tapdığımız travma növləri aşkar edilə bilməzdi" deyib.
Amerika qitəsini kəşf edən Kolumbdan əvvəlki Cənubi Amerika qalıqlarında travmanın sübutu ilə bağlı əvvəlki işlərin çoxu kəllə və skeletlərin digər hissələrinə yönəlmişdi. Ancaq bu dəfə alimlərin mumiyalama yolu ilə qorunan yumşaq toxumalardan daha çox məlumat əldə edə bildikləri bildirilib.
Aytac Aslan

















