• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

"Ofis agrıları": 5 vərdişlə bundan qurtulmaq olar

CƏMİYYƏT

10 Oktyabr 2022 | 07:19 | Müəllif: Qalib İbrahimoğlu

"Ofis agrıları": 5 vərdişlə bundan qurtulmaq olar

Oturaq həyat tərzi daha çox kürək, boyun və bel ağrılarına səbəb olur. "Ofis ağrıları" adlandırılan ağrılardan necə qurtulmaq olar?

Bakıvaxtı.az xəbər verir ki, həkim osteopat Pərvin Əkbərov bu ağrılardan 5 sadə vərdişlə qurtulmağın mümkün olduğunu deyib.

1. Erqonomi – Öncə oturduğumuz kreslomuzu belimiz dəstəkləyəcək şəkildə erqonomik kreslo modeli ilə dəyişdirməliyik. Hazırda ayaq üstə işləmək üçün uyğun hündürlüyü tənzimləyən masalar da mövcuddur. Çətin olsa da, imkan daxilində gündə 1-2 saat ayaqüstə çalışmağınız daha yaxşı olardı. Erqonomi üçün əsas məqamlardan biri də kompüter monitorunun göz bərabərində olmasına önəm verməkdir.

2. Hərəkət – Hərəkətsiz həyat onurğanın düşmənidir. 40 dəqiqədən bir 2-3 dəqiqə işinizə ara verib, dolaşmanız həm onurğanız, həm də gözünüz üçün faydalıdır. Evə dönərkən 1 dayanacaq öncə düşüb evə qədər yürüyərək getməyinizi vərdiş halına gətirməyə çalışmalısınız.

3. İdman - Bel və boyun əzələlərinizi gündə 10 dəqiqəlik evdə idman hərəkətləri etmək yeterli olacaq.

4. Susuzluq- Onurğamızda fəqərələr arası disklərinizin əsas hissəsi sudan təşkil olunmuşdur. Gündə ən azı 2 litr su içmək gündəlik su təlabatınızı qarşılayacaq.

5. Stres - Stresdən uzaq olmağa çalışmalısınız. Stresimiz artdığında əzələlərimiz gərilərək onurğamızı daha çox yükləmiş olur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026