• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir əmr etdi - Təxribata hazır olun

CƏMİYYƏT

10 Sentyabr 2022 | 10:45

Nazir əmr etdi - Təxribata hazır olun

Azərbaycanın müdafiə naziri Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zakir Həsənov sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026